menu
searchAxtarmaq üçün bura yazın
07/08/2021

Bakı Zooloji Park

İdea şirkətinin növbəti proyektlərindən biri ilə tanış olun. Bildiyiniz kimi, Bakı Zooloji Parkı uzun bir müddət ərzində yenidənqurma proseslərindən dolayı bağlanışa verilmişdir. Zooparkların dizaynı və arxitekturası heyvanların və onları ziyarət edən insanların ehtiyaclarını ödəməlidir.Zooloji park kimi tematik bir dekorasiya dizayn edərkən təhlükəsizlik həlledici rol oynayır.

İdea şirkətinin növbəti proyektlərindən biri ilə tanış olun. Bildiyiniz kimi, Bakı Zooloji Parkı uzun bir müddət ərzində yenidənqurma proseslərindən dolayı bağlanışa verilmişdir. Zooparkların dizaynı və arxitekturası  heyvanların və onları ziyarət edən insanların ehtiyaclarını ödəməlidir.Zooloji park kimi tematik bir dekorasiya dizayn edərkən təhlükəsizlik həlledici rol oynayır. Şirkət olaraq üzərimizə düşən vəzifələrdən biri də zoo parka gələn qonaqların rahatlığını düşünməkdir, elə buna görədə ziyarətçilər zooparkı gəzən zaman  bizim‘’Massive’’ adlı oturacaqlarda oturub istirahət edə bilərlər. Ekoloji cəhətdən təbiətə ziyan verməyən materiallardan hazırlanmış ‘’Eco’’ zibil qutularımız zoo parkın hər guşəsində yerləşdirilmişdir. Biz, İdea şirkəti olaraq, uşaqlarımızı da düşünərək onların göz zövqunə oxşayan ‘’Maral’’, ‘’Ayı’’, ‘’Pələng’’,‘’Kenquru’’ fiqurlarını ali keyfiyyətli materialdan hazırlamışıq. Ziyarətçilər üçün estetik baxımdan xoş bir görünüş dizayn edərkən, eyni zamanda heyvanların içərisində rahat olmasını təmin edəcək təhlükəsiz landşaft dizaynının tətbiqi vacib məsələdir. Şəkillərdən də göründüyü kimi, son dərəcə yüksək keyfiyyətlə hazırladığımız landşaft infrastrukturu ekoloji cəhətdən davamlı infrastruktur sistemlərinin qurulmasına təkamülçü bir yanaşmadır. İstehsal olunan bu dizayn strukturunda “EN 71- 3 Safety for Toys" sertifikatlı empreniya olunmuş taxta və su əsaslı boya örtüklərindən istifadə olunub.   


Bu postu paylaşın


Axtarış nəticələri: