menu
searchAxtarmaq üçün bura yazın
08/08/2021

''Central Park Baku''

"Central Park Baku" layihəsi üzərində işləməkdən böyük məmnunluq hissi keçirdik. Bakı şəhərində yerləşən “Mərkəzi Park’”Avstriya memarı Yans Hoffman tərəfindən layihələndirilmişdir. Parkın birinci hissəsi 22 may 2019-cu il tarixində ictimaiyyətin istifadəsinə verilmişdir.

İlk öncə Mərkəzi Parkın tarixi ilə bağlı məlumatlanaq. Bakı şəhərində yerləşən “Mərkəzi Park’”Avstriya memarı Yans Hoffman tərəfindən layihələndirilmişdir. Parkın birinci hissəsi 22 may 2019-cu il tarixində ictimaiyyətin istifadəsinə verilmişdir. Mərkəzi Parkda bütün yaş qruplarından olan insanlar üçün istirahət və oyun meydançası, şahmat, nərd və idman qurğuları, balacalar üçün yelləncəklər, futbol meydançası var.

 

“İDEA” şirkəti olaraq Mərkəzi Parkın hazırlanmasında rolumuz nədir? "Central Park Baku" layihəsi üzərində işləməkdən böyük məmnunluq hissi keçirdik. Bu layihə çərçivəsində “IDEA”, landşaft sahəsi və xarici məkan üçün qeyd olunan metal və taxta proyektlərini uğurla istehsal etmişdir. Parkın hər bir guşəsində taxta materialdan hazırlanmış oturacaqlarımıza rast gələ bilərsiniz.

 

Yapışqan laminatlı ağacdan istifadə etdiyimiz üçün skamyalar sərt hava şəraitinə qarşı davamlıdır. Skamyalar sizin rahat istirahətiniz üçün müxtəlif ölçü, rəng və uzunluqda yerləşdirilmişdir. Parkı gəzərkən yolunuzu itirsəniz sizə nə kömək ola bilər? Bildiyimiz kimi, Mərkəzi Park olduqca genişdir və burada gəzərkən parkın hər hansı hissəsinə getmək üçün sizin yol xəritəsinə ehtiyacınız olacaq. Şirkətimiz tərəfindən istehsal olunmuş “Lightbox” qutularda parkın sxemli xəritəsini rahatlıqla görə biləcəksiniz. "İdeal" bir həyat üçün parklar çoxalsın!


Bu postu paylaşın


Axtarış nəticələri: