menu
searchAxtarmaq üçün bura yazın
08/08/2021

"Bakı Olimpiya Stadionu"

İngiltərənin yüksək tirajlı "The Telegraph" qəzetinin redaktoru Adam Hurrey dünyanın nəhəng stadion layihələrini araşdırıb və A.Hurrey 10 ən möhtəşəm arena siyahısına ‘’Bakı Olimpiya Stadionu” nu da daxil edib. 68 min tamaşaçı tutumuna malik olan stadion siyahıda ikinci yerdə göstərilib.

İlk öncə "Bakı Olimpiya Stadionu"nun tarixi barədə qısa məlumatlanaq.

Bakı şəhəri ərazisində, "Böyükşor" gölünün yanında yerləşən "Bakı Olimpiya Stadionu" nun təməli prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ilin noyabr ayında qoyulub və 2015-ci il martın 18-də istifadəyə verilib. İngiltərənin yüksək tirajlı "The Telegraph" qəzetinin redaktoru Adam Hurrey dünyanın nəhəng stadion layihələrini araşdırıb və A.Hurrey 10 ən möhtəşəm arena siyahısına ‘’Bakı Olimpiya Stadionu” nu da daxil edib. 68 min tamaşaçı tutumuna malik olan stadion siyahıda ikinci yerdə göstərilib.

“İDEA” komandası olaraq ‘’Baku Olimpiya Stadionu’’nun təkmilləşməsində bizim rolumuz nədir?

“İDEA”nın pergola kolleksiyasının iki möhtəşəm çeşidi stadionun həyətini bəzəməkdədir. Bunlardan biri "Voyage" digəri isə "Cobra" adlı məhsullarımızdır.Bundan əlavə, idman kompleksinin giriş hissəsində yerləşən “Sign Board’’giriş lövhəsi də şirkətimiz tərəfindən “Bakı Olimpiya Stadion”u üçün xüsusi olaraq hazırlanmışdır.

“Voyage” pergolasının spesifikasiyası.

“Voyage” pergolasının dam hissəsi qatı polikarbonat və sığınacaq xüsusiyyətini təmin edən taxta hissələrdən ibarətdir. “Safety for toys EN 71-3” sertifikatlı su əsaslı boya ilə örtülmüş, hopdurulmuş və D4 yapışqan laminant ağacın istifadəsi, pergolanı suya , ultrabənövşəyi şüalara qarşı davamlı edir və şəffaf ağac örtük də təbii gözəlliyi artırır. İstehsal prosesi boyunca galvanizli və toz örtüklü metalın istifadəsi şiddətli hava şəraitində pergolanın performansını artırır. Bundan əlavə, şirkətimiz məhsulun daha asan quraşdırılması və nəqlini təmin edən xüsusi hazırlanmış polad birləşmələrdən istifadə edir.

“Cobra” pergolasının xüsusiyyətləri.

"Cobra" "İDEA" nın pergola kolleksiyasının ən önəmli hissələrindən biridir. Adından da məlum olduğu kimi, xüsusi bükülü metal və taxta dam, "Cobra" nın ilan başlığına bənzər üst hissəsini təşkil edir. "Safety for toys EN 71-3 " sertifikatı ilə örtülmüş, hopdurulmuş və su əsaslı boya ilə yapışdırılmış taxta ağacın istifadəsi, sərt hava şəraitində məhsulun müqavimətini artırır. Bundan əlavə, şəffaf bir ağac örtüyü, ağacın təbii gözəlliyini pozmadan, qalıcı ləkədən qorunmasını təmin edir.

“Sign Board” giriş lövhəsinin özəllikləri.

Bu giriş lövhəsi "Bakı Olimpiya Stadionu" nun adını daşıyır və idman kompleksinin qarşısında inşa edilmişdir.Metal materialında hazırlanmış bu lövhə gecə işıqlanan ağ rəngi ilə çox parlaq və cəlbedici görünür.

“IDEA” komandası olaraq "Bakı Olimpiya stadionu" nun mükəmməlləşməsində yer aldığımız üçün məmnunluq duyuruq.


Bu postu paylaşın


Axtarış nəticələri: