Curved Wooden Seat on Concrete
Ölçüləri: W600xH30 mm
IDEA bağlarınızı və açıq ərazilərinizi daha gözəl dizayn etməyə kömək edir. Beton üzərində yaxşı yerləşdirilmiş oturacaqlar həm də əyləncə və park ərazilərində insanların istirahətini təmin etmək üçün sadə və ucuz yoldur. Şəhərimizin bir çox yerində,əsasən də parklarda bu skamyalarımızıa qarşılaşa bilərsiniz. İstədiyiniz uzunluğa nail olmaq üçün skamyalar istənilən forma və ölçüdə hazırlana bilər.
Empreniya olunmuş taxtanın üzərinə "EN 71- 3 Safety for Toys" sertifikatlı su əsaslı boya vurulması və D4 yapışqanı ilə laminə edilməsi, məhsulun sərt hava şəraitinə qarşı dözümlülüyünü artırır. Bir tərəfdən, istifadə etdiyimiz boya taxtanın bütün təbii özəlliyini önə çıxararkən, digər tərəfdən istehsalımızda istifadə olunan bütün metal, karroziya prosesinin qarşısını almaq üçün sinklənmiş və toz boya ilə rənglənmişdir. Oturacağın hissələrinin sökülüb-yığıla bilməsi onun daşınmasını asanlaşdırır. Məhsulumuz sifarişinizə uyğun olaraq müxtəlif rənglərdə istehsal oluna bilər.
Parametrik və Özəl Skamyalar
Fərdi skamyalar hər hansı ictimai məkana unikal xarakter verir və sizin tərzinizə və ya ətraf mühitə uyğun dizayn oluna bilər. Parametrik dizayn sayəsində onlar istənilən ölçü və formaya asanlıqla uyğunlaşır, dinamik və dəyişən yerlər üçün ideal seçimdir. Kiçik meydançalar və ya böyük şəhər meydanları üçün biz ağac, metal və ya beton materiallardan skamyalar hazırlayırıq; onlar oturmaq və ya ictimai sənət əsəri kimi istifadə oluna bilər. Peşəkar komandamız sizinlə yaxından işləyərək bütün tələblərinizi təmin edir.
Layihənizə başlamaq üçün bizimlə əlaqə saxlayın!
Əlaqədar layihələr
Mərkəzi Park
Ölçüləri: W600xH30 mm IDEA bağlarınızı və açıq ərazilərinizi daha gözəl dizayn etməyə kömək edir. Beton üzərində yaxşı yerləşdirilmiş oturacaqlar həm də əyləncə və park ərazilərində insanların istirahətini təmin etmək üçün sadə və ucuz yoldur. Şəhə…