menu
searchAxtarmaq üçün bura yazın
FG0013 · Oturacaqlar · L3000xW840xH800 mm

Fly

Ölçüləri: L3000xW840xH800 mm

"Fly" oturcağının funksional quruluşu onu ictimai istrahət məkanları üçün əvəz edilməz edir. Belə ki, oturacağın kürək hissəsi, həmçinin oturacaq funksiyasını yerinə yetirir. Bütün bu özəlliklər, məhsulun istər yemək masası kimi, oxumaq üçün və yaxud mehriban dost ortamları üçün, əlverişli olmasını təmin edir. Yapışqanlı laminə edilmiş, 3 m uzunluğunda taxtadan oturacaq kimi istifadə edilməsi məhsulun yüksək çəkidə belə balansını saxlamasını təmin edir.

Empreniya olunmuş taxtanın üzərinə "EN 71- 3 Safety for Toys" sertifikatlı su əsaslı boya vurulması və D4 yapışqanı ilə laminə edilməsi, məhsulun sərt hava şəraitinə qarşı dözümlülüyünü artırır. Bir tərəfdən, istifadə etdiyimiz boya taxtanın bütün təbii özəlliyini önə çıxararkən, digər tərəfdən istehsalımızda istifadə olunan bütün metal, karroziya prosesinin qarşısını almaq üçün sinklənmiş və toz boya ilə rənglənmişdir. Oturacağın hissələrinin sökülüb-yığıla bilməsi onun daşınmasını asanlaşdırır. Məhsulumuz sifarişinizə uyğun olaraq müxtəlif rənglərdə istehsal oluna bilər.

Skamyalar haqda

Skamyalar hər bir şəhər mənzərəsinin zəruri hissəsidir. İnsanlara oturmaq və istirahət etmək üçün bir yer təmin edirlər ki, bu da piyadaların çox olduğu ərazilərdə xüsusilə faydalı ola bilər. Bundan əlavə, skamyalar ictimai sənət əsəri kimi və ya mühüm hadisələri və ya insanları xatırlamaq üçün də istifadə edilə bilər. Skamyalar müxtəlif formalarda, ölçülərdə və materiallarda olur, ona görə də ehtiyaclarınıza uyğun olanı seçmək vacibdir. Taxta, metal, beton və digər materiallardan hazırlanmış skamyalar tapa bilərsiniz. Ehtiyacınız nə olursa olsun, bütün tələblərə cavab verən bir skamya mütləq olmalıdır. Beləliklə, oturun və istirahət edin!


Bu məhsulu paylaşın
Əlaqə formu

Bizimlə əlaqə saxlayın

Hər hansı bir sualınız varsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Sizə kömək etməkdən məmnunluq duyuruq. Biz ən qısa zamanda sizinlə əlaqə saxlayacayıq.

Əlaqədar fayllar
Texniki fayl

Əlaqədar layihələr

Layihə

Baki Zooloji Parki

IDEA şirkəti Bakı şəhərinin yenidən qurulan zooparkında “Bakı Zooloji Parkı” layihəsini yekunlaşdırıb. Şirkətimiz ən yüksək keyfiyyət standartlarına uyğun olara…

Bakı, Azərbaycan
2021
Daha çox
Fly · Oturacaqlar - IDEA.AZ Fly · Oturacaqlar - IDEA.AZ Fly · Oturacaqlar - IDEA.AZ Fly · Oturacaqlar - IDEA.AZ Fly · Oturacaqlar - IDEA.AZ Fly · Oturacaqlar - IDEA.AZ Fly · Oturacaqlar - IDEA.AZ Fly · Oturacaqlar - IDEA.AZ Fly · Oturacaqlar - IDEA.AZ Fly · Oturacaqlar - IDEA.AZ


Axtarış nəticələri: