"Şuşa Yazısı" Layihəsi
Qarabağın döyünən ürəyi və Azərbaycanın milli musiqi mədəniyyətinin paytaxtı olan Şuşanın, qala qapılarının üzərində Sovet dövründə quraşdırılan hərifləri, lDEA şirkəti, Azərbaycan ordusunun tarixi qələbəsi sayəsində, öz yeni milli əlifbamızda hazırlamağa imkan əldə etdi.
Qarabağ qalası, UNESCO beynəlxalq təşkilatı tərəfindən dünya irsi məkanı kimi tanınır və Azərbaycan xalqı üçün çox böyük bir mənəvi dəyər daşıyır. Bunu nəzərə alaraq, lDEA şirkəti Şuşa qalasının yeni həriflərini mümkün qədər yüngül etməyə cehd edib ki, bizim bu əlamətdar abidəmizə mümkün qədər az ağırlıq düşsün.
Biz Şuşa həriflərini tapıla biləcək ən keyfiyyətli aliminiumdan istehsal etməklə, bəzi hərifləri 3 metrəyəcən ucalan, nəhəng bir strukturu, 300kg çəkiyə saldıq.
Bu işin keyfiyyətinin əhəmiyyətini sözlə ifadə etmək mümkün deyil, çünki bu hərflər Şuşaya gələn hər kəsi gələcək nəsillər boyu salamlayacaq.