Mosbuild 2021
Rusiyanın ən böyük inşaat və interyer dizayn sərgisi olan MosBuild-də 720 rus və beynəlxalq şirkətləri iştirak etmişdir. "IDEA” şirkətinin də iştirak etdiyi və məhsullarını sərgilədiyi yarmarkaya, yeni məhsullar tapmaq, istehsalçı və təchizatçılarla iş görmək istəyən 66.588 ziyarətçi gəlmişdir.MosBuild" sərgisinə qatılaraq istehsal etdikləri məhsulları tanıdan "lDEA"-nın təsisçi və direktoru İbrahim Alısoy, yarmarka zamanı 300-dən çox görüş və iclas keçirtdiyini bildirdi. Pandemiyaya baxmayaraq, sərgiyə marağın yüksək olduğunu vurğulayan İbrahim Alısoy, 2021-in keçən ilə nisbətən daha yaxşı olacağını ümid etdiyini və bu səbəbdən həm istehsal, həm də satış - marketinq fəaliyyətlərinə davam etdiyini söylədi.