"MosBuild" sərgisi
Rusiyanın ən böyük inşaat və interyer dizayn sərgisi olan MosBuild-də 720 rus və beynəlxalq şirkətləri iştirak etmişdir. "IDEA” şirkətinin də iştirak etdiyi və məhsullarını sərgilədiyi yarmarkaya, yeni məhsullar tapmaq, istehsalçı və təchizatçılarla iş görmək istəyən 66.588 ziyarətçi gəlmişdir."IDEA” şirkətinin də iştirak etdiyi və məhsullarını sərgilədiyi yarmarkaya, yeni məhsullar tapmaq, istehsalçı və təchizatçılarla iş görmək istəyən 66.588 ziyarətçi gəlmişdir.
“IDEA” şirkəti Rusiyanın paytaxtı Moskva şəhərində 30 Mart - 2 Aprel tarixlərində təşkil edilən “MosBuild”sərgisində iştirak etdi.
Rusiyanın ən böyük inşaat və interyer dizayn sərgisi olan MosBuild-də 720 rus və beynəlxalq şirkətləri iştirak etmişdir. "IDEA” şirkətinin də iştirak etdiyi və məhsullarını sərgilədiyi yarmarkaya, yeni məhsullar tapmaq, istehsalçı və təchizatçılarla iş görmək istəyən 66.588 ziyarətçi gəlmişdir.
Rusiyanın 83 bölgəsindən və digər ölkələrdən topdan və pərakəndə ticarət müəssisələri, inşaat və təmir təşkilatları, interyer dizayn, memarlıq və dizayn studiyalarından nümayəndələr MosBuild- 2021 sərgisini ziyarət etdilər. Tikinti materialları, keramika, daş, fasad, damlar, qapılar, pəncərə tikinti avadanlığı və alətləri, boyalar və dekorativ suvaqlar, divar və tavan örtükləri və qəliblər, divar kağızı, qapı və kilidlər, döşəmə, pərdələr, tekstil, işıqlandırma və elektrik məhsulları, hamam və mebel şirkətləri stendləri ilə qatılaraq məhsullarını nümayiş etdirdi.
"MosBuild" sərgisinə qatılaraq istehsal etdikləri məhsulları tanıdan "lDEA"-nın təsisçi və direktoru İbrahim Alısoy, yarmarka zamanı 300-dən çox görüş və iclas keçirtdiyini bildirdi. Pandemiyaya baxmayaraq, sərgiyə marağın yüksək olduğunu vurğulayan İbrahim Alısoy, 2021-in keçən ilə nisbətən daha yaxşı olacağını ümid etdiyini və bu səbəbdən həm istehsal, həm də satış - marketinq fəaliyyətlərinə davam etdiyini söylədi.