menu
searchAxtarmaq üçün bura yazın
08/08/2021

''Böyükşor Bulvarı''

Böyükşor bulvarının açılışı 2015-ci il mayın 22-də olub.“IDEA” şirkəti olaraq Böyükşor bulvarının bərpasında öz işlərimizlə iştirak etmişik. Bulvara gələn ziyarətçilər, tərəfimizdən istehsal olunmuş oturacaqlarda ("PRİMO BENCH" ) əyləşərək, öz dostları və yaxınları ilə birlikdə göl mənzərəsini seyr edə bilərlər.

Böyükşor bulvarının açılışı 2015-ci il mayın 22-də olub. Burada sahilboyu gəzinti zolağının uzunluğu 2500 kilometrdir. Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur. Burada idman və uşaq oyun meydançaları qurulub, qaçış və velosiped, o cümlədən minlərlə ağac və bəzək kolu əkilib. Gölün içində quraşdırılmış fəvvarələr kompleksi şəhərimizin qonaqlarının zövqünü oxşamaqla yanaşı, həm də gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir. Gölün davamlı təmizliyinin və mühafizəsinin təmin edilməsi üçün xüsusi avadanlıq quraşdırılıb.

“IDEA” şirkəti olaraq Böyükşor bulvarının bərpasında öz işlərimizlə iştirak etmişik. Bulvara gələn ziyarətçilər, tərəfimizdən istehsal olunmuş oturacaqlarda ("PRİMO BENCH" ) əyləşərək, öz dostları və yaxınları ilə birlikdə göl mənzərəsini seyr edə bilərlər.

"PRİMO BENCH" in əsas xüsusiyyətləri əla keyfiyyəti və üstün dizaynıdır. "Safety for toys EN 71- 3 Təhlükəsizliyi" ilə təsdiqlənmiş, hopdurulmuş taxta və su əsaslı boya örtüyünün istifadəsi məhsulun müqavimətini artırır və sərt hava şəraitində məhsulumuzun uzunömürlü olmasını təmin edir. Əlavə olaraq, bu məhsulun daşınması rahatdır, çünki sökülə bilər və zövqünüzə görə müxtəlif rənglərdə də mövcuddur.

Bulvarda gördüyünüz  "YORK" adlı zibil qutularımız parkın hər güşəsində yerləşdirilmişdir və ziyarətçilər rahatlıqla öz tullantılarını ora ata bilərlər. Xüsusiyyəti yalnız qar və yağışdan qoruyan deyil, həm də rahat bir təmizləyici külqabı olan üst hissəsidir. "Safety for EN 71- 3 Təhlükəsizliyi" ilə təsdiqlənmiş, su əsaslı boya ilə örtülmüş hopdurulmuş və yapışqan laminasiya olunmuş ağacın istifadəsi məhsulun müqavimətini artırır və sərt hava şəraitində məhsulumuzun uzunömürlü olmasını təmin edir. Bu model asanlıqla yerə sabitlənə bilən funksiyasıda mövcuddur.Üstəlik, bu məhsulun zibil torbaları ilə istifadəsi məqsədəuyğundur, çünki qabdakı bakteriyaların yığılmasına və pis qoxuların yayılmasına mane olacaqdır. Bundan əlavə, bütün zibil qutularımıza həm yağışa, həm də qara davamlı şəkildə dizayn edilmiş ağıllı bir drenaj sistemi daxildir.


Bu postu paylaşın


Axtarış nəticələri: