menu
searchAxtarmaq üçün bura yazın
27/01/2024

"Bentley" sərgi salonunda öz estetikasını 15 ildir qoruyan pilləkən həlli.

Bentley tarixi

1919-cu il, 18 yanvar tarixində insanlar öz eleqantlığıyla sənayeyə fərq gətirən, hər toxunuşda keyfiyyətinə bir daha vurulacaqları maşınla tanış oldular.

Bu maşın, Londonun incisi - Bentley idi. Premiumluğuyla fərqlənən Bentley artıq 103-cü istehsalat ilini tamamlayır.

2009-cu ildə isə Bentley”in Azərbaycanda rəsmi olaraq sərgi salonu açılır və Bentley artıq rəsmi formada Azərbaycanda satışa başlayır.

Sərgi salonunda, Bentley premiumluğunu özündə əks etdirən IDEA”nın pilləkən həlli yerləşir. Asan konstruksiya oluna bilən bu həll metal və taxta eləmentləriylə öz ecazkarlığına ecazkarlıq qatır.

Parket pillələr, paslanmaz bağlantılar və dəmir ipliklər pilləkəni daha uzun ömürlü edir.
Konstruksiya inşa olunduğu 15 il ərzində mağazanın artıq iki dəfə təmir olunmağına baxmayaraq, pilləkən öz cazibəsini qoruyub saxlamışdır.

Bu nəticə IDEA və tərəfdaşları üçün təəccüblü deyil.

 

Rəng və material seçimi
Pilləkənin hazırlanmasında istifadə olunnan rənglər Bentley premiumluğunu və brend kimliyini özündə birləşdirir. Bununla birlikdə parket pillələr üçün istifadə olunan ağac materiallar “Zebra” ağacından hazırlanmışdır. İstifadə olunan ağac materiala eyni zamanda Bentley”in interyerində istifadə olunan elementlərdə də rast gəlmək olar.

Material keyfiyyəti

Metal birləşmələr, dəmir ipliklər paslanmaz metaldan hazırlanmışdır. Eyni zamanda istifadə olunan boya da toz boyadır ki, bu da hazırladığımız pilləkən həllinin boya qatını 15 ildir ki, qüsursuz şəkildə qoruyur.

 


Bu postu paylaşın


Axtarış nəticələri: