Four Seasons Hotel Bakı
03/09/2009 - 03/09/2012
4Seasons Hotel layihəsi – IDEA-nın iz qoyduğu nümunəvi işlərdən biridir.
Layihəyə 2008-2009-cu illərdə start verilmiş və burada IDEA şirkəti tam arxitektur metal işlərini – balkonlar, fasad elementləri, mühəccərlər, ildırımqırıcı və 6 tonluq xüsusi dizaynlı darvazanı istehsal və montaj etmişdir.
Xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, bu darvaza elə bir texniki həll ilə hazırlanmışdır ki, onun pətləsi sökülmədən, yerdəyişməyə ehtiyac olmadan gələcəkdə dəyişdirilə bilir – bu, ölkədə nadir tətbiq olunan yanaşmadır.
Layihədə həmçinin 16 metr hündürlüyündə kolon konstruksiyası da yer alır. Bu konstruksiya zavodda hissə-hissə hazırlanaraq, otelin daxilində tam dəqiqliklə yığılmışdır. Bütün balkonlar qaynaqsız texnologiya ilə yığılmış və bolt sistemi ilə quraşdırılmışdır.
IDEA komandası bu layihə çərçivəsində otelin texniki heyəti üçün – ofis, mətbəx, personal otaqları və digər zonalarda istifadə olunan bütün individual mebelləri də istehsal etmişdir.
Bu gün – 16 ildən sonra belə, 4Seasons binası şəhərin mərkəzində, heç bir əsaslı baxım tələb etmədən, funksiyasını uğurla yerinə yetirir. Bu, IDEA-nın keyfiyyətə və uzunömürlü həllərə verdiyi dəyərin bariz nümunəsidir.