Dinamo Restaurant Staircase Balustrades
Yeni açılmış DINAMO Otelində IDEA tərəfindən həyata keçirilmiş işlər yüksək keyfiyyət və güzəlliyiylə diqqətləri özünə cəlb edir. İstehsalı IDEA-nın öhdəsinə verilmiş sürahilərin dizaynı məşhur italiyan dizayner Alberto Pinto studiyasına məxsusdur. Paslanmaz poladdan hazırlanan, dörd fərqli radiuslu bu sürahilər bütünlükdə boltlarla bərkidilmişdir. Gözalıcı görünüşə malik, yüksək keyfiyyətli sürahilər məkanla harmoniya içərisində olub, binaya genişlik və cəlbedicilik qatır. Bu, Azərbaycanda heç bir şirkətin edə bilmədiyi çox çətin bir tapşırıq idi. Bizim malik olduğumuz bilik və təcrübəyə sahib başqa bir şirkət yox idi. Ən çətin hissə məhz məhəccərlər idi. Bu məhəccərlər ardıcıl hissələrdən ibarət idi. Hər hissədə 4-5 paslanmayan polad borudan ibarət dizayn vardı və bu borular müəyyən bir ardıcıllıqla bükülmüşdü. Hər borunun uzunluğu, bükülmə nöqtəsi və bucağı fərqli idi. Məhəccərlərin alt hissəsi də bizim tərəfimizdən hazırlanmışdı. Bu baza bütün o gözəl görünüşün altında gizlənmişdi. Hər bir hissədə pilləkənin dönmə hissələrində bükülmüş bir şüşə parçası da var idi.
Əlaqədar layihələr
Dinamo Hotel
Yeni açılmış DINAMO Otelində IDEA tərəfindən həyata keçirilmiş işlər yüksək keyfiyyət və güzəlliyiylə diqqətləri özünə cəlb edir. İstehsalı IDEA-nın öhdəsinə verilmiş sürahilərin dizaynı məşhur italiyan dizayner Alberto Pinto studiyasına məxsusdur. …